Ru
15:09 / 28 Mart 2023

Daha bir ölkə TikTok-u qadağan etdi

Daha bir ölkə TikTok-u qadağan etdi
Eye

İsveç ordusunda işçilərə iş telefonlarında TikTok-dan istifadəyə qadağa qoyulub.

Bakupost.az xəbər verir ki, bu haqda İsveç Müdafiə Nazirliyi məlumat verib.

Açıqlamada buna səbəb olaraq tətbiqin Çin hökumətinə yaxınlığı və bütün dünyada istifadəçi məlumatlarının saxlaması ilə bağlı narahatlıqlar göstərilib.

İsveç Silahlı Qüvvələrinin mətbuat katibi Quna Qraufeldt də məsələ ilə bağlı açıqlama verib:

"Cib telefonları və planşetlərdən istifadə özlüyündə təhlükəsizlik riski yarada bilər. Ona görə də biz TikTok-un iş avadanlıqlarımızda olmasını istəmirik".

Qeyd edək ki, keçən həftə Norveç də tətbiqin parlament sisteminə çıxışı olan cihazlarda istifadəsini qadağan edib.

Fransa isə cümə günü dövlət sektoru işçilərinə TikTok da daxil olmaqla, iş telefonlarına əyləncə proqramları endirməyi qadağan etdiyini açıqlayıb.

Aynur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar