Ru
19:24 / 29 May 2025

Danışmaq qadağan edilən şəxs Peskovdur – Almaniyadan cavab!

Danışmaq qadağan edilən şəxs Peskovdur – Almaniyadan cavab!
Eye

Müharibənin qızışdırılması haqqında danışmaq qadağan ediləsi şəxs Peskovdur.

Bakupost.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun Ukraynanın uzaqmənzilli silah istehsalını dəstəkləməklə Berlini “müharibəni qızışdırmaqda” günahlandıran bəyanatına reaksiyasında deyib.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiə naziri Rüstəm Umerov ilə Ukraynada uzaqmənzilli silahların hazırlanmasına investisiyalar haqqında saziş imzalayıb.

Kansler Fridrix Merz isə Ukraynaya “Taurus” uzaqmənzilli qanadlı raketlərinin verilə biləcəyini bildirib.

Həmçinin Almaniya da Ukraynaya verilən raketlərlə Rusiyanın dərinliyinə zərbə endirilməsi qadağasını aradan qaldırıb.

Bakupost.az

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar