Ru
17:41 / 10 İyun 2025

Dərya Ağayevanın müəmmalı ölümü: Səbəb qarpız deyil? - AÇIQLAMA

Dərya Ağayevanın müəmmalı ölümü: Səbəb qarpız deyil? -  AÇIQLAMA
Eye

Xəbər verdiyimiz kimi, Dərya Ağayeva adlı gənc xəstəxanada dünyasını dəyişib. Valideynləri ehtimal edir ki, 20 yaşlı gənc soyuducuda olan üç gündən qalma qarpızı yediyi üçün zəhərlənib.

Bəs, qarpız hansı hallarda zəhərlənməyə səbəb olur? Zəhərlənməmək üçün hansı qaydalara əməl olunmalıdır?

Qida üzrə ekspert Asim Vəliyev Bakupost.az-a açıqlamasında bildirib ki, qarpız kəsildiyi anda istehlak olunmalıdır:

“Bizdə bir çox hallarda buna əməl edilmir. Adətən, qarpız kəsilir, heç bir qoruyucu vasitə olmadan soyuducuya yerləşdirilir. Qarpızın bu şəkildə saxlanılması onun tərkibinin dəyişməsinə gətirib çıxarır. Ola bilər ki, sözügedən xanım qarpızla yanaşı başqa bir qida da qəbul edib. Laborator analizlərin nəticəsi olmadan zəhərlənməyə qarpızın səbəb olduğunu demək doğru deyil. Zəhərlənmənin baş verməsi üçün müəyyən reaksiya getməlidir. Ola bilər ki, hansısa qidaların birlikdə qəbulu ilə zəhərlənmə baş versin.

Son zamanlar, xüsusən mövsümdənkənar yetişdirilən meyvə və tərəvəzlərdə, əksər hallarda kənd təsərrüfatı dərmanlarından, kimyəvi maddələrdən istifadə olunur. Bəzən həmin meyvə və tərəvəzləri yaxşı yumadan istehlak edirik. Bu da zəhərlənməyə səbəb ola bilər. Yəqin ki, yaxın vaxtlarda laborator analizlərin nəticələri çıxacaq. O zaman məlum olacaq ki, xanım qarpızdan zəhərlənib, yoxsa başqa qida ilə reaksiyaya girib.

Ümumiyyətlə, iyun ayında qarpızın istehlak edilməsi tövsiyə olunmur. Dədə-babadan görmüşük ki, qarpız iyul ayının sonu, avqustun əvvəlində təbii halda yetişir. Amma indi görürsünüz, mövsümü gəlmədən bazarlarda, marketlərdə bir çox meyvələr satışa çıxarılır. Yaxşı olar ki, hər meyvəni öz mövsümündə istehlak edək”.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar