Ru
20:35 / 26 Oktyabr 2024

Dilarə toyda bir mahnını 10 minə oxuyur? - VİDEO

Dilarə toyda bir mahnını 10 minə oxuyur? - VİDEO
Eye

"Mən toy qiymətimi açıqlamaq istəmirəm. Toy üçün heç zaman böyük qiymət demirəm. Toy və tədbirləri əlimdən almaq istəyən insanlar ev yiyələrinə deyirlər ki, Dilarə bir mahnını 10 min manata oxuyur. Mənə təklif gəlib demişəm ki, necə ola bilər ki, mən 1 mahnını 10 min manata oxuyum? Axı nə zaman belə bir şey olub? (gülür) Bəlkə də olacaq, bilmirəm”.

Bakupost.az xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova qonaq olduğu "Günə bax” verilişində deyib.

Sənətçi proqramda toy qiymətindən söz açıb:

"Mən dövlət tədbirlərində sevə-sevə gedib, pulsuz çıxış edirəm. Bunu hər zaman da edəcəyəm. Amma bəzən insanlar haqqımda olmayan şeyləri danışır və mən qalıram şok vəziyyətində. Mənim üçün puldan əvvəl insanlıq vacibdir. Mən toya gedib çıxışım üçün iki qat qonorar niyə götürməliyəm? Məndə məkana görə toy qiymətim dəyişmir. Hər zaman hər kəs üçün eyni qalır”.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar