İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.
Bildirilib ki, dərman vasitələrindən biri “Para-Denk 125 Suppos” ticarət adlı paracetamol – 125 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsi, digəri isə “Para-Denk 250 Suppos” ticarət adlı paracetamol – 250 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsidir.
Geri çağırılmaya səbəb kimi qablaşdırma zədələnmələri (sızmalar) göstərilib. Qeyd edilən dərman vasitələrinin geri çağırılma dərəcəsinin üç (dərman vasitəsinin şəxsin həyat və sağlamlığına birbaşa təhlükə yaratmadığı hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsinin isə “C” (topdansatış müəssisəsinə qədər) səviyyəsində müəyyən olunduğu bildirilib.
Yoxlama zamanı hər iki dərman vasitəsində göstərilən qüsurların mövcudluğu təsdiqlənib.
Adıçəkilən dərman vasitələrinin geri çağırılması barədə qərar qəbul edilib.
Zəngin qidalanıb, daimi fiziki fəallığı olmayan insanın immun göstəriciləri çox aşağı olur. Həkim-ya biznes qətiyyəti onlara hər gün mütləq qaydada qan yaradıcı-durulducu, kalsium artırıcı təbii qidaları təklif etmir? Gündə bir tablet bir man, ayda 20 manat!? Ayda 20 manata və 30 günə neçə yumurta-özü də qabıqlı düşür? Üstdən südü də giləmeyvə, qışda mürəbbəni də unutmayın. Və s. Sağlam olun!