Ru
15:54 / 06 Aprel 2026

Dollar almaq istəyənlərin nəzərinə - ucuzlaşdı...

Dollar almaq istəyənlərin nəzərinə - ucuzlaşdı...
Eye

Azərbaycan Mərkəzi Bankı tərəfindən ABŞ dollarının bugünə olan məzənnəsi 1 manat 70 qəpik olsa da, bir sıra "exchange"lər dolları daha ucuz satır.

Bakupost.az Milli.az-a isinadən xəbər verir ki, aparılan araşdırmalara əsasən bankların hər birində dolların satış qiyməti 1,70 manat və daha yuxarı olduğu halda aşağıda adlarını qeyd edəcəyimiz vlayuta dəyişmə məntəqələrində məzənnə daha az götürülüb.

"A Zuhur MMC"yə məxsus "exchange"də dolların satış qiyməti 1.6975 olaraq göstərilib. "Delta Capital MMC"də isə dollar 1.6974 manata, "Eliko MMC" 1.6980, "Meta Kapital MMC" 1.6990 manata satılır. Mütəxəssilərin rəyinə görə, bu kimi halların əsas səbəbi əhali arasında dollara marağın azalması və insanların daha çox dolları satması ilə əlaqədardır.

Xatırladaq ki, 2026-cı ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib.

Şərhlər
  • Kolxozçu Bəhrami

    Bütün canlılar kimi İnsan Camiləri qarşlıqlı-birgə, ən çox müxtəlif-istehsal sahələrində daha ciddi-dəqiq hesabatlı adekvat-hüquqi münasibətlər məcburiyyətindədirlər. Lütfən, xüsusilə iş adamlarını son yeni tarixin Saf-hüquqi şüarlı siyasətçiləri kimi real bərabərlikdən boşuna azdırmayın? Dolların ən azı davamlı bir ay heç olmazsa 1,7 manatdan 5-10% aşağı, yəni ən çoxu 1,615 manata satılmasını düşmə adlandırmaq olar.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar