Ru
17:57 / 03 Fevral 2023

Dövlət Komitəsində kollegiya iclası keçirildi

34648
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə Bakupost.az -a Dövlət Komitəsindən məlumat verilib.


Bildirilib ki, kollegiya iclasında Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mediada işıqlandırılması, məcburi köçkünlərin könüllü qayıdışının stimullaşdırılması məqsədi ilə təbliğat və təşviqat işinin təşkilində beynəlxalq standartların tətbiqi, komitənin yerli bölmələrinin fəaliyyəti və onların işinin təkmilləşdirilməsi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, komitənin aparatında və tabe təşkilatlarda kargüzarlığın aparılması vəziyyəti, icra intizamı, habelə Mənzil İstismar Departamentinin balansında olan mənzil fondunun istismarı və istifadəsi məsələləri barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.


Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qarşıda mühüm vəzifələr durduğunu, onların tam və vaxtında yerinə yetirilməsi üçün bütün imkanların səfərbər edildiyini bildirib. Diqqətə çatdırıb ki, ölkə rəhbərinin tapşırığına əsasən, bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir.


Kollegiya iclasında dövlət komitəsinin 2023-cü il üçün iş planının müzakirəsı aparılıb və müvafiq qərarlar qəbul edilib.
Şərhlər
  • Petrəddin

    İndi qaçqın və ya köçkün var ay fırıldaqçılar?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər