Ru
17:54 / 15 Sentyabr 2026

Qızıl sürətlə ucuzlaşır

Qızıl sürətlə ucuzlaşır
Eye

Qızıl qiymətləri neftin bahalaşması və ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz artıracağı gözləntilərinin güclənməsi fonunda ucuzlaşıb.

“Bakupost” xəbər verir ki, spot qızıl 4 300 dollar ətrafında ticarət olunur. Qiymət əvvəlki sessiyada 1%-dən çox azalaraq son 5 həftənin ən aşağı səviyyəsinə düşüb.

Bazarlarda FES-in faiz artıracağı ehtimalı 92% qiymətləndirilir. Yüksək neft qiymətlərinin inflyasiyanı artıracağı gözləntiləri qızıla təzyiq göstərir.

Qızıl sentyabrda 3%-dən çox ucuzlaşıb. Avqustun sonunda isə onun qiyməti 4 700 dolları keçmişdi.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar