Ru
15:24 / 22 Aprel 2024

"Dövlətin yox olduğu bir şəraitdə bu missiyanı boynuna götürdü, şərəflə yerinə yetirdi"

3228
“Bu gün Allahverdi Bağırovun ruhu şaddır. Çünki o, torpaq, Ağdam, Azərbaycan uğrunda canını verdi, şəhid oldu. Bu gün Azərbaycanımız, Ağdamımız, Xocalımız, torpağımızın hər bir qarışı azaddır. Bu gün bütün şəhidlərimizin ruhu şaddır”.



Bunu Bakupost.az-a açıqlamasında millət vəkili Elman Məmmədov Milli Qəhrəman Allahverdi Bağırov haqda danışarkən deyib.


O, Allahverdi Bağırovun birinci Qarabağ müharibəsi zamanı minlərlə Xocalı sakinini erməni əsirliyindən azad etdiyini bildirib.


“Allahverdi Bağırov çox fədakar, vətənpərvər, igid qəhrəman döyüşçü, komandir idi. O, Xocalı soyqırımı zamanı ermənilər tərəfindən əsir götürülmüş mindən çox insanımızı azad edib. Yəni o dövrdə dövlətin yox olduğu bir şəraitdə Allahverdi Bağırov bu missiyanı boynuna götürdü və şərəflə yerinə yetirdi. Onun vətənimizin, xalqımızın, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi, fədakarlıq, qəhrəmanlıq, igidlik, qayğı, diqqət əvəzsizdir. Mən öz və bütün xocalılar adından Allahdan ona rəhmət diləyirəm. Şəhidlərimizin yeri cənnətlikdi, qoy ruhları şad olsun. Bu gün torpaqlarımız azaddır. Torpaqlarımızın bu gün azad olmasında Allahverdi Bağırov və onun kimi oğullarımızın xidmətləri əvəzsizdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin”.


Qeyd edək ki, bu gün Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür. Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprelin 22-də Ağdamda anadan olub. 1992-ci il iyunun 12-də təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov, sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid olub.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər