Ru
10:42 / 22 Noyabr 2022

DSX hərbçilərinin düşdüyü qəzada yaralananların adları - FOTO

2080
Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının düşdüyü qəzanın təfərrüatı və yaralanan hərbçilərin adları məlum olub.

Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, DSX-yə məxsus “UAZ”ın çırpıldığı yük maşını işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə məşğul olan “Kalyon RSY” şirkətinə məxsus olub. Belə ki, N saylı hərbi hissənin giziri, 1995-ci il təvəllüdlü Pərviz Qaraşovun idarə etdiyi xidməti avtomobil Cəbrayılın Şükürbəyli kəndində hərəkətdə olarkən şirkətə məxsus olan və Ucar sakini, 1963-cü il təvəllüdlü Etibar Muradovun sürdüyü “Howo” markalı yük maşını qəfil onun qarşısına çıxıb.


Nəticədə sərhədçilərin olduğu avtomobildə olan hərbçilər:

- gizir, 1995-ci il təvəllüdlü Pərviz Qaraşov;

- baş çavuş, 1998-ci il təvəllüdlü Elmir Abbasov;



- baş çavuş, 1988-ci il təvəllüdlü Elşən Kərimov;

- baş çavuş, 1985-ci il təvəllüdlü Bəhruz Nəzərov;

- gizir, 1992-ci il təvəllüdlü Faiz Mürşüdov;

- kiçik gizir, 2001-ci il təvəllüdlü Asif Dünyamalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq, baş çavuş Abbasov Elmir Sakit oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş hadisə ilə bağlı Cəbrayıl Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə bildirib ki, Cəbrayıl rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər