Ru
09:25 / 12 Yanvar 2022

Dünənki təxribatda ermənilərin 3 hərbçisi ölüb

Dünənki təxribatda ermənilərin 3 hərbçisi ölüb
Eye

Ermənistan Müdafiə Nazirliy Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribat törədirkən zərərsizləşdirilən daha bir erməni hərbçi ilə bağlı məlumat yayıb.

Bakupost.az xəbər verir ki, zərərsizləşdirilən erməni hərbçi 2003-cü il təvəllüdlü sıravi əsgər Vahan Babayandır.

Bununla da məhv edilən erməni hərbçilərinin rəsmi formada etiraf olunan sayı 3-ə çatıb.

Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyətin gərginləşməsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində düşmən itki verərək geri çəkilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar