Ru
09:18 / 10 Mart 2026

Dünyada ən çox balistik raketə sahib ölkələr: Azərbaycanın yeri...

Dünyada ən çox balistik raketə sahib ölkələr: Azərbaycanın yeri...
Eye

Üçüncü Dünya Müharibəsi ehtimallarının müzakirə edildiyi bir vaxtda, ölkələrin ballistik raket ehtiyatları yenidən gündəmə gəlib. Dünyada bu sahədə ciddi bir silahlanma yarışı müşahidə olunur.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, balistik raketlər nüvə, kimyəvi və bioloji başlıqlar daşıya bilən, uzaq mənzilli idarə olunan və ya olunmayan raketlərdir. Onlar hədəfə doğru trayektoriya üzrə hərəkət edirlər və mühərrikli uçuşda aerodinamik olaraq idarə olunan qanadlı raketlərdən fərqlənirlər.

Raketlərin növləri və mənzilləri
Taktiki balistik raket: 150 - 300 km

Qısa mənzilli (SRBM): 300 - 1.000 km

Orta mənzilli (MRBM): 1.000 - 3.500 km

Uzaq mənzilli (IRBM): 3.500 - 5.500 km

Qitələrarası (ICBM): 5.500 km-dən çox

Dünya Reytinqi (TOP 27)
Siyahıda ölkələr sahib olduqları raket sayına görə sıralanır:



Türkiyə 322 raketlə dünya siyahısında 7-ci sırada yer alaraq bir çox Avropa və Yaxın Şərq ölkəsini geridə qoyub. Türkiyənin arsenalında həm ABŞ istehsalı, həm də özünün istehsal etdiyi yüksək texnologiyalı raketlər yer alır:

Tayfun: Türkiyənin ən uzun mənzilli yerli balistik raketi.

Bora - 1: Yüksək dəqiqlikli zərbə raketi.

J-600T Yıldırım (I və II): Taktiki balistik raketlər.

ATACMS Block 1: ABŞ istehsalı olan raketlər.

Azərbaycan isə 4 ədəd rəsmi qeydə alınmış ballistik raket sistemi ilə siyahının 26-cı pilləsində qərarlaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar