Ru
14:13 / 22 Sentyabr 2022

Dünyada nə qədər qarışqa var? - Alimlər açıqladı

Dünyada nə qədər qarışqa var? - Alimlər açıqladı
Eye

Almaniyanın “Culius Maksimallians” Universitetinin araşdırmaçıları “Dünyada neçə qarışqa var?” sualından yola çıxaraq bunun cavabı üzərində baş sındırbılar.


Qarışqaların canlıların qidalanma dövrünün davam etməsində çox mühüm rol oynadığını vurğulayan mütəxəssislər, araşdırmalarının yeni elmi qapılar açacağını bildiriblər.


Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, PNAS adlı elmi dərgidə yayımlanan araşdırmada alimlər dünyada 20 katrilyon qarışqa olduğunu təxmin etdiklərini açıqlayıb. Bunun isə dünya nüfuzunun 7,8 milyard olduğu düşünüldüyündə adambaşına 2,5 milyon qarışqa düşdüyü mənasına gəldiyi bildirilib .


Araşdırmanın baş mütəxəssisi Sabina Nooten açıqlamasında “Təxmin edirik ki, qlobal qarışqa populyasiyası 20 katrilyondur. Orqanizmlərin yayılması və bolluğu haqqında məlumat onların ekosistemlərdəki rolunu və əhəmiyyətini anlamaq üçün vacibdir", - deyə bildirib.


Qeyd edək ki, bu günə kimi qarışqalarla bağlı dünyada 489 araşdırma həyata keçirilib.


Günel
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar