Ru
12:34 / 19 Mart 2024

Dünyanın ən gözəl qadını - FOTO

3965
Dünyaca məşhur plastik cərrah Dr. Julian De Silva qızıl nisbətdən istifadə edərək riyazi hesablamalar nəticəsində Bella Hadidi dünyanın ən gözəl qadını elan edib.

Bakupost.az xəbər verir ki, məşhur modellərdən olan Bella Hadid gözəlliyi ilə gündəmə gəlib.

Plastik Cərrah Dr. Julian De Silva Hadidin üz cizgilərinin yüzdə 94,35 nisbətində qızıl nisbətlə uyğunlaşdığını və onu estetik baxımdan ən mükəmməl üz etdiyini deyib.




Qeyd edək ki, gözləri, qaşları, burnu, dodaqları, çənəsi və qulaqları qızıl nisbətə ən yaxın nisbətdə olduğu üçün Hadidin estetik cəhətdən mükəmməl sifətə sahib olduğu deyilirdi.


Bella Hadid ötən il 14 yaşında burun əməliyyatı etdirdiyini və indi peşman olduğunu açıqlamışdı.


"İnsanlar gözəlliyim üçün çoxlu plastik əməliyyat etdirdiyimi düşünür, amma istəsəniz, bunun doğru olub-olmadığını görmək üçün üzümü yoxlaya bilərsiniz. Dodaqlarıma dolğu etdirməkdən çox qorxuram, üzümün dağılmasını istəmirəm. Burnumun və çənəmin daha gözəl görünməsi üçün kontur çəkirəm. İnsanların düzgün kontur çəkmə üsullarını bilməsi həyat xilasedicisidir".







Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər