Ru
07:56 / 15 May 2024

Duz və bal qarışımı - Görün, necə möcüzələr yaradır...

2204
Demək olar ki, hər evdə asanlıqla tapılan bal və duz qarışımı sağlamlığınız üçün çox faydalıdır. Eyni zamanda məlhəm həşərat dişləmələrinə də dərmandır.

Bakupost.az xəbər verir ki, böcəklərin dişlədiyi yerlərdə yaranan səpkilər böcək növünə görə dəyişsə də, onun yaratdığı qaşınma və narahatlıq eynidir. Bu dözülməz qaşınma hissini aradan qaldırmaq duz və bal qarışığı ilə mümkündür.

Bal və duz qarışığından məlhəm əldə etmək üçün etməli olduğunuz ilk şey bərabər miqdarda bal və duzu bir qaba qoymaqdır. Qatı bir tutarlılıq əldə edənə qədər bərabər miqdarda bal və duzu qarışdırmaq lazımdır.

Çox asanlıqla əldə edə biləcəyiniz bu qarışım, ağcaqanadlar, eşşəkarısı, yataq böcəkləri, gənələr və bəzi digər zərərvericilər də daxil olmaqla, həşərat dişləmələrindən sonra narahatlığı aradan qaldırır.

Bu məlhəmlə siz nəinki diskomfort və qaşınma hissini aradan qaldıracaqsınız, həm də qızartı azalacaq və həmçinin təsirlənmiş toxumanın sağalmağa başladığını görəcəksiniz.




Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər