Ru
18:35 / 10 İyul 2025

Əbu-Dabi görüşü niyə 5 saat davam etdi? - Politoloq açıqladı

Əbu-Dabi görüşü niyə 5 saat davam etdi? - Politoloq açıqladı
Eye

Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki, liderlər və heyətlər sülh sazişinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına əngəl olan ən mürəkkəb məsələləri geniş şəkildə müzakirə ediblər.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Görüşdən sonra yayımlanan açıqlama və xəbərlərə diqqət çəkən politoloq də tərəflərin A-dan Z-yə bütün məsələləri müzakirə etdiklərini bildirib:

"Görüşün yekunu olaraq hər hansı sənədin imzalanmaması və ya ortaq bəyanatın qəbul edilməməsi narahatlığa əsas vermir. Dialoq genişlənib. Önəmli olan budur. Bütün hallarda Nikol Paşinyan Konstitusiya dəyişikliyini ləngitməməlidir. Sülhün açarı bundadır”, - deyə politoloq qeyd edib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar