Ru
09:20 / 01 Oktyabr 2026

Əhmədlidə heç kimin yaşamadığı müəmmalı bina - VİDEO

Əhmədlidə heç kimin yaşamadığı  müəmmalı bina - VİDEO
Eye

Bakının Əhmədli qəsəbəsində yerləşən və illər əvvəl istifadəyə verildiyi bildirilən çoxmərtəbəli bina sakinlərin yaşamaması ilə diqqət çəkir.

"Bakupost" xəbər verir ki, jurnalist Rahil Sayadoğlu binanın 2000-ci illərdən təhvil verildiyini, lakin indiyədək burada heç kimin yaşamadığını bildirib.

Onun sözlərinə görə, binanın niyə boş qalması ilə bağlı müxtəlif fikirlər səsləndirilir:

"Bəziləri deyir ki, binanın konstruksiya problemləri var, əyriliyi var. Bəziləri deyir ki, binanı tikən adamlarla müəyyən qurumlar arasında problem yaranıb, ona görə. Bir sözlə, hərə bir şey deyir. Amma dəqiq bilən yoxdur ki, gənclərin "ev" deyib "qan ağladığı" bir vaxtda niyə bu binada yaşayış yoxdur. bütün mənzillərdə sayğaclara kimi qurulub.
Maraqlı məqam odur ki, bu bina istifadəyə yararsızdırsa, bəs niyə bunun altında iaşə obyektləri var? Müxtəlif marketlər, mağazalar, nə desən, var. Bina problemidirsə, niyə buna icazə veriblər?”

Lalə, Bakupost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar