Ru
12:15 / 01 Oktyabr 2026

Messinin oynamadığı matçda 4 qol vuruldu

Messinin oynamadığı matçda 4 qol vuruldu
Eye

Argentina millisi yoldaşlıq görüşündə Boliviya ilə qarşılaşıb.

"Bakupost" xəbər verir ki, Kordovadakı “Mario Alberto Kempes” stadionunda keçirilən oyun argentinalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Qolları Lautaro Martines (19), Niko Pas (29), Kristian Romero (53) və Xese Lopes (83) vurub.

Bu, Argentina millisinin DÇ-2026-nın finalında İspaniyaya uduzduqları oyundan (0:1) sonrakı ilk qarşılaşmasıdır. Millinin lideri Lionel Messi bu oyunda iştirak etməyib. 39 yaşlı hücumçu oktyabrın 6-da Beninlə keçirilən görüşdə yığmada vida matçına çıxacaq.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar