Ru
08:05 / 22 Mart 2026

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi  icra başçısıyla görüşdü
Eye

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı Rayon İcra Hakimiyyətində olub.

Bakupost.az xəbər verir ki, E.Əzizov rayon icra başçısı, keçmiş vitse-spiker Adil Əliyev, onun müavinləri, şöbə müdirləri və digər məsul şəxslərlə görüş keçirib.

Görüş zamanı rayon üzrə görülən abadlıq-quruculuq işləri, həyata keçirilən layihələr və mövcud problemlər müzakirə olunub. Eldar Əzizov görülən işlərlə maraqlanıb, müvafiq tapşırıqlar verib və öz tövsiyələrini bildirib.

Bakı meri Adil Əliyevlə münasibətlərinin yaxşı olduğunu qeyd edib, onun fəaliyyətini yaxından izlədiyini vurğulayıb.

Qeyd edək ki, bu ilin fevral ayında Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat məsələlərinin vəziyyətini kəskin tənqid etmişdi. O, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını bildirmişdi. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan olunmuşdu.

Şəhər rəhbəri rayon icra başçılarına yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb etmişdi.

Adil Əliyevin töhmət alması həmin dövrdə ciddi müzakirələrə səbəb olmuşdu.

Azər
Baku Post

Şərhlər
  • Arif

    Bunun özü guya Bakı üçün hansı möhtəşəm işlər görüb? Nəqliyyat problemi, tıxac problemi hələ də tam düzəltməyin

  • .Nizami Aliev

    Тенью ходит за ..... стоящим , и вещать промахи управления на районных ниже себя ... "МОЛОДЕЦ"..

  • .Nizami Aliev

    Почему он отправился "Сурахани" а, не СУРАХАНЫ?

  • Maksim Ruslanlı

    Tam yuyub-silib-süpürüb atacağı gözlənilən qarlı-yağıntılı sərt şimal təpki-dalğasından cüzi də olsa mülayimləşmə müşahidə hiss olunur.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar