Torpaqlarımızın işğaldan azad edilməsindən sonra məcburi köçkünlərin öz doğma el-obasına qayıtmaq prosesi yeni hekayələr yaradır. Bu hekayələrdə hər kəsin öz rolu, obrazı var. 30 ildən sonra əvvəlki talelərinə qayıtmaq, yeni səhifələr açmaq, keçmişinə dönmək və yeni zamanda gələcəyini qurmaq... Əvvəllə sonranın arasındaki 30 illik boşluğu doldurmaq. Bu sadəcə köç deyil, öz elinə-obasında dönmək deyil, bu, sevinclə kədərin, həsrətlə vüsalın, kemişlə gəlcəyin vəhdətidir... Bu vəhdəti hərə bir cür yaşayır. Və hər adamın bu hislərini bir əsərə çevirmək olar.
Bakupost.az uzun illər məcburi köçkün həyatı yaşayandan sonra öz doğma torpağına-Laçına köçürülən sakinlərdən birinin - Qəndab Kərimovanın həsrət dolu çıxışının videosunu təqdim edir.
Video-çarx Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.