Ru
10:30 / 01 Aprel 2026

Jurnalistə Qarabağda vəzifə verildi

Jurnalistə Qarabağda vəzifə verildi
Eye

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

Bakupost.az xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AzTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.

O, əmək fəaliyyətinə Lider TV-də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə ATV, GünAz TV və MTV telekanallarında aparıcı, redaktor və layihə olub. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.

Xatırladaq ki, o, Azərbaycan Televiziyasında (AzTV) "Telesəhər" verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar