Ru
10:55 / 01 Aprel 2026

İran eyni anda 4 ölkəni vurdu - VİDEO

İran eyni anda 4 ölkəni vurdu - VİDEO
Eye

İran və ərəb mediasının yaydığı məlumatlara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt, BƏƏ, İraq və Səudiyyə Ərəbistanı ərazilərinə raket zərbələri endirib.

Bakupost.az xəbər verir ki, hücumlar nəticəsində Küveyt hava limanında aviayanacaq çənlərinin yandığı bildirilir.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin (Dubay) və Səudiyyə Ərəbistanının mülki infrastruktur obyektlərində partlayışların baş verdiyi barədə məlumatlar daxil olur.

Paralel olaraq, İraqın Süleymaniyyə şəhərində yerləşən kürd birləşmələrinin mövqelərinə də zərbələr qeydə alınıb.

Hazırda itkilər və dəymiş maddi ziyanın miqyası barədə məlumatlar dəqiqləşdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar