Ru
09:39 / 20 Dekabr 2021

Əli Əliyev həbs oluna bilər: sağ qalan pilotlar onu məhkəməyə verdi - VİDEO

15628
Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı partiya sədri “Youtube” kanalında məlumat verib.

O bildirib ki, 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəza uğraması nəticəsində sağ qalan hərbçilər onun həbs olunmasını istəyirlər.

Buna səbəb isə Ə. Əliyevin "Osmanqızı TV"də səsləndirdiyi fikirlər olub.


Həmin çıxışda o qeyd edib ki, sağ qalan xidmət əməkdaşlarının orada olması şübhə doğurur.

Yəni onlar həmin helikopterdə olmayıblar. Onun fikrincə, qəza təsadüfi baş verməyib, bu təxribatdır.


Daha ətraflı videomaterialda:




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər