***
17:51
“Elmlər Akademiyası” metro stansiyasında sərnişin axınının çoxluğunu nəzərə alaraq, tənzimlənmə mexanizmləri sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir”.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Bəzi şayiələr yayılır ki, guya stansiyanın girişi tam bağlanılıb, içəri adam buraxılmır. Belə bir hal yoxdur. Tam məhdudlaşdırmadan söhbət getmir", -B. Məmmədov deyib.
***
17:12
Bakı metrosunun stansiyalarının birinin girişində sıxlıq yaranıb.
Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Vətəndaşlar bildirir ki, bura “Elmlər Akademiyası” stansiyasıdır.
Bu, “Bakı metropoliteni” QSC-nin tətbiq etdiyi yeniliklə bağlıdır. Belə ki, hələ ötən gün qurumun mətbuat katibi Bəxtiyar Məmmədov “Xəzər xəbər”ə açıqlamasında bildirmişdi ki, sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.
Metropoliten sözçüsünün sözlərinə görə, əgər son günlərdəki sıxlıq biraz da davam edərsə, platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.