Ru
23:09 / 09 İyul 2025

Azərbaycan diaspor rəhbərindən deportasiyasına münasibət: Məyusam... - VİDEO

Azərbaycan diaspor rəhbərindən deportasiyasına münasibət: Məyusam... - VİDEO
Eye

Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov deportasiya qərarının onun üçün gözlənilməz olduğunu bildirib.


Bakupost.az xəbər verir ki, o bunu Bakıya uçmazdan əvvəl REN TV-nin müxbirinə deyib.


O, mətbuatın yazdığına görə, Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratması səbəbindən niyə deportasiya edildiyinə dair sualı da cavablandırıb:

"Bilmirəm, həqiqi sözümdür, bilmirəm".


İbrahimov etiraf edib ki, Rusiyanı tərk etmək məcburiyyətində qaldığı üçün bir az qanı qaralıb.


O, gələcək planlarından danışmayıb. Azərbaycan diasporunun rəhbəri "Bunu zaman göstərəcək" deyərək sözlərinə yekun vurub.


KİV-in məlumatına görə, Elşən İbrahimov guya "milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərə yol verdiyinə" görə Rusiya vətəndaşlığından məhrum edilib. Nəşrlərin yazdığına görə, onun vətəndaşlıqdan çıxarılması proseduru iyunun 18-də baş tutub.


***

21:30


Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya edilir.


Oxu.Az bu barədə "Baza" "Telegram" kanalına istinadla xəbər verir.


Bildirilir ki, o, bir neçə gün bundan əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.


Hazırda İbrahimov Moskvanın Şeremetyevo aeroportundadır və "Aeroflot"un gecə reysi ilə Bakıya göndəriləcəyi planlaşdırılır.


Azərbaycan diasporu

Elşən İbrahimov


66

21:30

Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.


Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, onun bu gün axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır.

Qeyd edək ki, daha öncə Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar