"UTair" aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan "UT744" nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.
Bakupost.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
"Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.
Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.
Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün "UTair" aviaşirkəti ilə əlaqə saxlaya bilərlər", - məlumatda bildirilib.
***
20:43
Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukova aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.