Ru
12:00 / 05 İyun 2024

“Əmək haqqı və sosial müavinətlər arta bilər” - Elşad Məmmədov

2462
“Məlum olduğu kimi, 2024-cü ilin büdcəsinə dəyişikliklər gözlənilir. Fikrimcə, büdcə ilə bağlı korreksiyalar olarsa, o zaman sosial xərclərin artmasını gözləmək mümkündür. Çünki Azərbaycanda son illərin büdcəsində sosial xərclərin payı kəskin şəkildə artıb. Bu baxımdan əgər büdcə dəyişiklikləri olarsa, böyük ehtimal ki, əmək haqqı və sosial müavinətlərin artımında müsbət dəyişikliklər olacaq”.



Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib.

O bildirib ki, hazırda ölkədə bir sıra iri investisiya layihələri ica edilir. O cümlədən işğaldan azad olunmuş ərazilərlə bağlı invenstisiya layihələrinin maliyyələşməsi gündəlikdədir. Burada da əsas yük dövlət kapital qoyuluşlarına aiddir. Ona görə də, bu istiqamətlərin nəzərə alınması vacibdir. İnvestisiya proqramlarının reallaşdırılmasına ayrılan maliyyə vəsaitlərinin çoxalmasını da böyük ehtimalla proqnozlaşdırmaq olar:

“Bu amil də öz növbəsində iqtisadiyyata təkanverici təsirlər göstərməlidir. Çünki investisiya layihələrinin artımı son nəticədə iqtisadi artıma müsbət təsir göstərir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər