Ru
10:40 / 30 Sentyabr 2022

Ən böyük reketlər ciddi mətbuatdadır - Natiq Məmmədlidən ilginc açıqlama - VİDEO

Ən böyük reketlər ciddi mətbuatdadır - Natiq Məmmədlidən ilginc açıqlama - VİDEO
Eye

“Belə təəssürat yaranmasın ki, reket jurnalistikası sanki bizdən ayrıdır. Bu, belə deyil. Biz reket media haqqında üçüncü şəxs kimi danışıq, amma reket elementləri ilə peşəkarcasına məşğul olanların əksəriyyəti bizim ciddi media subyektlərində oturublar”.


Bakupost.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli İctimai TV-nin efirində deyib.


N. Məmmədli bildirib ki, reket jurnalistlərlə bağlı mübarizənin nəticəsi olmalıdır:


“Reket mətbuat, şantajçılar hər zaman kimlərinsə işinə yarayır. Bunun kökünü mətbuatda deyil, başqa yerdə axtarmalıyıq. Reket jurnalistikaya qarşı mübarizə aparmaq bizim peşəmizin gələcəyi ilə bağlı məsələdir. Mübarizəni qanun müstəvisində necə aparırıq? Məsələn, "Media haqqında" qanunda da, Agentliyin keçirdiyi müsabiqələrdə də göstərildiyi kimi, mediaya bütün ödənişlər, jurnalistlərin gəliri şəffaf olmalıdır. Əgər media dövlətin güzəşt və imtiyazlarından faydalanmaq istəyirsə, gəlirləri şəffaf olmalıdır. Mediaya qeyri-rəsmi ödənişin hər bir qəpiyi media etikasına, Azərbaycan dövlətinin və ictimaiyyətinin maraqlarına qarşı işləyir”.


Daha ətraflı videoda:




Aygün
BakuPost


Şərhlər
  • t.ədalət

    Reket jurnalist yoxdur.Reketçiliklə polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məşğul olur.Onlar səlahiyyət sahibidirlər,istədikləri adamı şərləyirlər və sair.Bəs,jurnalistlərə qarşı bu "reket" söz-söhbəti haradan qaynaqlanır?Əlbəttə,mətbuat işçiləri ilk növbədə hakimiyyətdəkilərin oğurluq və talanlarını,ölkədə baş alıb gedən qanunsuzluqları faş edirlər.Bu da hakimiyyətin fırıldaqlarını geniş kütləyə çatdırmaq deməkdir.Odur ki,hakimiyyət ehtiyat etdiyi yazarları "reket" damğası ilə şərləyib "zərərsizləşdirir."Yoxsa,maşın-maşın pul oğurlayanlar kiməsə dilxoşluq üçün verdikləri qəpik-quruşa görə heç kimi şərləmək istəməzlər.Məsələn,Əvəz Zeynallı Gəncədə Elmar Vəliyevin oğlunun yenə də əvvəlki kimi meydan sulamasından,hətta Bakıdan gələn hörmətli şəxslərin ətrafında fırlanmasından informasiya xətası yapmasaydı heç kimin onunla işi olmayacaqdı.Adam özünün informasiya qutusunda ölkəmizdə at oynbadan kürdlərdən də tez-tez bəhs edirdi..

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar