Ru
00:58 / 07 İyun 2024

Ən çox aldadan ölkələr bunlardır

1709
Dünya səviyyəsində aparılan araşdırmalar nəticəsində insanların həyat yoldaşını və ya sevgilisini ən çox aldatdığı ölkələr açıqlanıb.

Bakupost.az xəbər verir ki, araşdırma dünyanın ən sədaqətsiz ölkələrini müəyyən edib.

Smith Investigation Services, World Population Review və The Tech Report adlı onlayn portalların birgə araşdırmasında partnyorlarını və ya həyat yoldaşlarını ən çox aldadan ölkələr sıralanıb.




Ən sədaqətsiz ölkələrin ilk 10-luğunu sıralayan araşdırmada birinci yerdə ABŞ, daha sonra Almaniya, Böyük Britaniya və Tayland qərarlaşıb.

Sorğuda iştirak edən amerikalıların 71 faizi ən azı bir dəfə tərəfdaşlarını aldatdığını etiraf edərkən, bu nisbət Almaniyada yüzdə 68, İngiltərədə yüzdə 66 və Taylandda yüzdə 61 olaraq qeyd edilib.

Reytinqdə Braziliya və Fransa 57 faiz, 6-cı yerdə olan Rusiya isə 53 faiz aldatma göstəricisi ilə 5-ci yeri bölüşdürüb.

Yeddinci yerdə olan Yaponiyada həyat yoldaşlarını aldatma nisbəti yüzdə 49, Rumıniyada yüzdə 46, Avstraliyada isə 44 faiz qeydə alınıb.

Reytinqdə onuncu yeri Türkiyə və Kanada tutub. Hər iki ölkə 27 faiz aldatma nisbəti ilə 10-cu yerdə qərarlaşıb.

İnsanların niyə aldatdığı sualına da cavab verilib.

Dünyada həyat yoldaşına xəyanət edən kişilərin yüzdə 44-ü daha xoş bir təcrübə yaşamaq üçün aldatdıqlarını söyləsələr də, qadınların yüzdə 40-ı daha çox arzulanan olmaq istədikləri üçün münasibətə girdiklərini bildirib.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər