Ru
21:48 / 08 İyul 2025

Əraqçidən ABŞ-a: Aldadılmışıq, bunu bizə sübut etməlidirlər!

Əraqçidən ABŞ-a: Aldadılmışıq, bunu bizə sübut etməlidirlər!
Eye

İran nüvə proqramı üzrə danışıqları davam etdirməyə hazırdır, amma ABŞ də yaranmış böhranın sülh yolu ilə həllinə səmimi maraq nümayiş etdirməlidir.

Bakupost.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın “Financial Times” qəzetindəki məqaləsində yazıb.

“İran diplomatiyada maraqlı olaraq qalır, lakin gələcək dialoqa şübhə etmək üçün ciddi səbəblərimiz var. Əgər bu problemi dostcasına həll etmək istəyi varsa, o zaman ABŞ ədalətli razılaşmaya səmimi hazır olduğunu nümayiş etdirməlidir. Vaşinqton da bilməlidir ki, onun son həftələrdəki hərəkətləri vəziyyəti dəyişib”, - o bildirib.

Əraqçi vurğulayıb ki, bir dəfə aldadılmış İran artıq ikiqat ehtiyatlı davranır:

“Tammiqyaslı regional müharibədən qaçmaq üçün məsuliyyətlə hərəkət etməyimiz zəiflik kimi qəbul edilməməlidir. Biz xalqımıza qarşı gələcək bütün hücumları dəf edəcəyik. Həmin o gün gələcərsə, İranın gücü ilə bağlı istənilən illüziyaları dağıtmaq üçün real imkanlarımızı göstərəcəyik”.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın “Öncə Amerika” prinsipi ilə xarici siyasəti yürütmək vədi faktiki olaraq “Öncə İsrail” xəttinə çevrilib.

“Sülhə gedən yol ABŞ-dən hörmətlə aparılan dialoqun yeganə dayanıqlı yol olduğunun qəbulunu tələb edir. Seçim Amerikanındır. Nəhayət diplomatiyanı seçəcəklər, yoxsa başqasının müharibəsinə ilişib qalacaqlar?”, - Əraqçı fikrini yekunlaşdırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar