"Eurofighter Typhoon" döyüş təyyarələrinin alınması ilə bağlı Böyük Britaniya və Almaniya ilə aparılan danışıqlar müsbət istiqamətdə davam edir.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa sammitindən sonra keçirilən mətbuat konfransında açıqlama verib.
“Həm Böyük Britaniya, həm də Almaniya ilə görüşlərimiz olub, bunu edirik və bununla bağlı müsbət irəliləyişlər var”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə daha əvvəl "Eurofighter Typhoon" qırıcılarının alınması üçün müvafiq tərəflərlə danışıqlar apardığını bəyan etmişdi.