Ru
17:39 / 21 Oktyabr 2023

Ərdoğan Zelenski ilə danışdı

Ərdoğan Zelenski ilə danışdı
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Bakupost.az xəbər verir ki, bu haqda Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, İsrail və Fələstin arasındakı münaqişələr və bölgədəki humanitar böhran da müzakirə edilib.

Prezident Ərdoğan bölgədəki münaqişəli proseslərin, xüsusən də İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və Türkiyənin buna nail olmaq üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar