Ru
15:35 / 13 Mart 2023

Ermənilər üzərimizə İT ilə gəlir ... - Ekspert

2130
“Ermənistan son onilliklərdə ilk dəfə olaraq informasiya texnologiyaları (İT) sahəsində illik 49 faiz artım əldə edib. Əgər açıqladıqları doğrudursa, düşünürəm ki, çox böyük rəqəmdir. Bu açıqlamanı İqtisadiyyat naziri Vaan Kerobyan İrəvanda keçirilən "Digitec2022" tədbirində açıqlayıb. Açıqlanan statistikaya görə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu ölkəyə 2000-dən çox şirkət , 50 min rus və 50 min də erməni işçi qüvvəsi relokasiya edib. Güman etmək olar ki, artıq relokasiyadan sonrakı biznes mühiti də İT sektorda belə bir artıma səbəb olub”.



Bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, düşmən ölkənin İT sektorunu müşahidə etdikdə onların bu sahəni prioritet bir istiqamət olaraq seçdikləri aydın olur:

"Ermənistanda​ bu sektora böyük xarici​ investisiyalar yatırılır, qlobal İT şəbəkələşmə gücləndirilir və sektora böyük güzəştlər edilir. Düşünmək olar ki, burada erməni diaspor şəbəkəsinin də rolu çox böyükdür. Yeri gəlmişkən, Ermənistanda revanşist əhval-ruhiyyədə olanlar həm də texnoloji sahənin inkişafından əldə edəcəkləri üstünlüyə ümid edirlər. Yaxşı olardı ki, bizim qərar qəbul edənlərimiz ​ düşmən ölkənin rəsmi və qeyri-rəsmi statistikalarını izləsin”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər