Ru
13:39 / 23 Mart 2024

Erməni spiker Sahibə Qafarovanın qarşısında sındı - Görüşü izləyən jurnalist

2487
Məlum olduğu kimi, dünən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və onun ermənistanlı həmkarı Alen Simonyan arasında İsveçrənin Cenevrə şəhərində görüş keçirilib.

Səfərdə media nümayəndəsi kimi iştirak edən Real TV-nin əməkdaşı, Əməkdar jurnalist Mahir Məmmədli görüş barədə fikirlərini Bakupost.az -a bölüşüb:

"Dünən İsveçrədə Azərbaycan və Ermənistan spikerlərinin ilk görüşü oldu. Azərbaycan və Ermənistan müstəqillik qazanandan sonra, eləcə də münaqişə dövründə və münaqişə bitdikdən sonrakı 4 il 4 ay ərzində spikerlər səviyyəsində heç vaxt görüş olmamışdı. Bu görüş nə vəd edir?

Mahir Məmmədli

Görüş 1,5 saat davam etdi. Görüşün təşəbbüsçüsü - Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq görüşün əvvəlində və sonunda bir neçə dəqiqə iştirak etdi. Qalan müddət ərzində ikitərəfli görüş keçirildi. Bu, ilk görüş idi və rəsmi məlumat belədir ki, iki ölkə arasında sülh danışıqlarında parlamentlərin rolu müzakirə edilib.

Görüş qapalı keçirildiyindən, biz jurnalist kimi danışıqlara yalnız tərəflərin əhval-ruhiyyəsi, davranışları əsasında qiymət verə bilirik. Azərbaycan və Ermənistan spikerlərinin qatıldığı bir neçə beynəlxalq tədbirdə iştirak etmiş biri kimi erməni spiker Alen Simonyanın bu dəfə zəif tərəf kimi gördüm. 2020-ci ilin noyabrından, xüsusilə 2023-cü ilin sentyabrından sonra keçirilən müxyəlif səviyyəli bütün danışıqlarda olduğu kimi bu dəfə də üstün tərəf Azərbaycan idi. Sahibə Qafatovanın jestləri, davranışı da bunu deyirdi. Alen Simonyanı Sahibə Qafarovanın yanında sınmış, çarəsiz durumda görmək isə şəxdən mənə xüsusi zövq verdi.

İlk görüşdən nəsə proqnozlaşdırmaq çətindir. Amma sülh prosesi fonundakı mənzərə onu deməyə əsas verir ki, bu, sonuncu görüş olmayacaq, görüşdən görüşə Azərbaycan tərəfinin mövqeyi güclənəcək, Ermənistan tərəfinki zəifləyəcək".
Erməni spiker Sahibə Qafarovanın qarşısında sındı - Görüşü izləyən jurnalist
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər