Ru
16:29 / 28 Aprel 2024

Azərbaycan olimpiya oyunlarına lisenziya qazandı - FOTO

2767
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının son 3 il ərzində avarçəkmə idman növündə apardığı uğurlu işlər gözlənilən yüksək nəticəsini verib.

Bakupost.az xəbər verir ki, akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Dımçenko bu uğura Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub.
İdmançımız yarımfinalda finişə hamıdan tez çatıb. Diana 2000 metr məsafəyə yürüşdə gərgin mübarizənin sonunda ukraynalı rəqibini qabaqlayaraq birinci olub (07:40.67/07:40.67). Bu nəticə ilə avarçəkənimiz əsas final olan A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən A finalında yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilib. Diana Dımçenko vəzifənin öhdəsindən gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib. Milli komandamızın üzvü A finalında 2-ci olub.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında təmsil olunub VIT88.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər