Ru
11:41 / 13 May 2024

"Paşinyana qarşı terror aktı baş verə bilər" - Zərdüşt Əlizadə

1242
“Ermənistandakı aksiyalar heç bir əhəmiyyət kəsb etmir. Etirazçılar yolu bağlayırlar, polis də onları həbs edəcək və yollar açılacaq. Artıq Ermənistan müxalifəti Azərbaycan müxalifətinin gücündədir”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistandakı etiraz aksiyaları haqda danışarkən deyib.

O, Paşinyan hakimiyyətinin bu aksiyaların qarşısını alacağını bildirib:

“Paşinyanın mövqeyi möhkəmdir, onun tutduğu siyasi xətt erməni xalqına əmin-amanlıq və iqtisadi inkişaf vəd edir. Ona görə Paşinyanın qələbəsi mənim üçün şübhə doğurmur. Burda yeganə bir ehtimal var ki, o da terror aktıdır, bu da Allahın işidir”.

Politoloqun sözlərinə görə, Ermənistandakı aksiyalarda Rusiyanın iştirakı şübhəsizdir:

“Paşinyan Putinlə görüşdü, onunla müəyyən məsələləri razılaşdırdı, amma bu o demək deyil ki, Putin vəziyyəti laxlatmaqdan əl çəkəcək. Putinin siyasəti “dovşana qaç, tazıya tut” deməkdir. Onun müxtəlif idarələri və hər birinin də öz siyasəti var. Bütün bu siyasi xəritələrin son nəticəsi qonşu ölkələri zəiflədib Rusiyadan asılı vəziyyətə salmaqdır”.

Politoloq Gürcüstandakı aksiyalarda isə Rusiyanın göstərişi ilə gürcü vətəndaşlarına maneə yaradıldığını bildirib:


“Gürcüstanda fikrimcə, Bidzina İvanişvili öhdəlik götürüb, bu isə Rusiyayla razılaşdırılmış siyasətdir. Həmin xarici təsir haqqında qəbul ediləcək qərarla gürcü cəmiyyətinin müqaviməti sındırılacaq və Bidzina öz arzusuna çatacaq - istibdad rejimini möhkəmlədəcək”.



Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər