Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 319 milyon 39,4 min kVt/saat elektrik enerjisi ixrac edilib.
"Bakupost" xəbər verir ki, bu barədə "Yeniavaz" açıqlanan rəsmi məlumatlara istinadən məlumat yayıb.
Məlumata görə, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 16 milyon 628,7 min dollar olub.
Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,2 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 8,9 qəpik təşkil edib.
Qeyd edək ki, bu,daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.
Bildiyimiz kimi, ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.
daxilinde pulsuz olmalidir. Butun komunlalar
Milletin 70 %i qazanclarinin 30 -40% ni komunallara verdiyi halda,hetta dusmen olke bizden qaz ,neft ve elektirik enerjisine azerbaycan ehalisinden ikiqatdanda az pul xercleyirler.
Niye belədi
11.1 qəpik və hər aysabit tarif 1 əvəzinə tutulan 2 m gəl üstünə 13.1 qəpik edir gör bu hökumətin bir qolu olan Azərişıq xalqı necə aldadir,milyonlarla manat toplanan bu qeyri qanuni vəsait hansı "büdcəyə" gedir.
Hələ bu harasıdır,görün nələr olacaq.