Ru
11:57 / 31 Mart 2023

Ermənistan hava məkanını İran PUA-larına niyə açdı? - ŞƏRH

3580
İranın Azərbaycanla sərhəddə qoşun toplamasının ardından Ermənistanın bu ölkənin PUA-larına öz hava məkanını açdığına dair xəbərlər yayılıb.

Eyni zamanda İran tərəfinin Azərbaycana qarşı əsassız ittihamları daha ağır forma alır.

Baş verənlər rəsmi Tehranın müharibəyə hazırlaşdığı haqqında fikirlərin yaranmasına səbəb olub.


Regionda yenidən müharibə alovlana bilərmi?




Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən hərbi ekspert Telman Qasımov bildirib ki, İranla Azərbaycan arasında hərbi toqquşma gözlənilmir:

" Birincisi ona görə ki, İranda 35 milyonluq azərbaycanlı faktoru var. Türkiyə, Amerika və İsrail faktorunu da unuda bilməz. İran sadəcə qoşunlarını gətirib sərhəddə təlim keçirməklə əzələ nümayiş etdirir. İndi də qoşunlarını Naxçıvanla sərhəddə cəmləyib. Arxadan zərbə endirmək İranın siyasətidir. Terrorçu dövlət kimi həmişə təxribatlara əl ata bilər. Millət vəkili Fazil Mustafaya qarşı terror da bunu təsdiq edir. Azərbaycanda "şeytan yuvası"na işliyən yüzlərlə gənc saxlanıldı. Özləri də etiraf etdilər ki, onlara Azərbaycanda ictimai-siyasi xadimlərə qarşı terror aktları törətmək tapşırığı verilib".


Ermənistanın İrana öz hava məkanının açmasına gəlincə, Telman Qasımov bunu belə izah edib:

“Ermənistan İran üçün hava məkanını açaraq ondan hava hücumundan müdafiə sistemləri almaq fikrindədir. Hətta İran Ermənistana ilkin olaraq 50-yə yaxın PUA hədiyyə edəcəkdi. İran Ermənistanı silah-sursat və texnika ilə təmin etməyə də davam eedəcək. Ermənistan isə xaricdən aldığı noutbuk, kompüter, məişət avadanlıqlarının içərisində olan və pilotsuz uçan aparatlarda istifadə olunan mikroçipləri çıxararaq İrana satır. Ermənistanın digər mikroçip satdığı ölkə isə Rusiyadır. Mikroçiplərin əsas istehsalçısı olan ölkələr Rusiya və İrana sanksiya tətbiq etdiyindən onlarla əməkdaşlıq etmirlər. Üçüncü dövlət kimi Ermənistan həmin avadanlıqları alaraq vasitəçi rolunu oynayır. Bununla bağlı Almaniyanın kansleri Olaf Şolts və Amerika Ədliyyə Nazirliyinin bəyanatı var”.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər