Ru
10:45 / 08 Avqust 2024

“Ermənistana yeni silahların verilməsi gərginlik yarada bilər” - ŞƏRH

2520
Xəbər verdiyimiz kimi, avqustun 2-3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına doğru 2 hərbi təyyarə qalxıb.


ABŞ Silahlı Qüvvələrinə məxsus "Boinq C-17" hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gəlib. Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da bura daxildir.




Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə Bakupost.az -a deyib ki, Ermənistana dəstək göstərən Qərbin əsas məqsədi Rusiya və İrana qarşı addımlar atmaqdır:

“Ermənistandan alət kimi istifadə edilib İran və Rusiya əleyhinə təbdirlər görürlər. Əsas məqsəd budur. Qərbin regionumuzdakı mövcud addımları Azərbaycanın da maraqlarına ziddir. Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahların verilməsi regionda gərginlik yarada bilər. Çünki Ermənistanın revanşist qrupları bu hərbi yardımlardan Azərbaycana qarşı istifadə etmək niyyətindədirlər. Son hadisələr də onu göstərir ki, Ermənistan bu proseslərdə alət rolunu oynayır. Bütün hallarda bu, regional təhlükəsizliyə risklər yaradır. Hadisələr Rusiya hərbçilərinin Zvortnots aeroportundan çıxırılması, Şoyqunun regiona səfəri və İran ətrafındakı gərginlik fonunda baş verir. Bütün bunlar bir-birilə zəncirvari şəkildə bağlıdır".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar