Ru
20:13 / 10 İyul 2025

Ermənistanda bu binanın Samvel Karapetyandan müsadirəsi istənildi

Ermənistanda bu binanın Samvel Karapetyandan müsadirəsi istənildi
Eye

Ermənistanın Dövlət Əmlakını İdarəetmə Komitəsi, rusiyalı biznesmen Samvel Karapetyanın dolayı sahibliyində olan İrəvan sirkinin binasının müsadirəsi üçün məhkəməyə müraciət edib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumat "Datalex" məhkəmə portalında yer alıb.

İddia ərizəsində dövlət əmlakının özəlləşdirilməsi müqaviləsinin ləğvi, 6 070 kv.m sahəsi olan sirkin binası, 180.9 kv.m yardımçı tikili və 0.57 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun etibarsız sayılması tələb olunur.

Xatırladaq ki, sirkin binası 2006-cı ildən "İrəvan Sirki" MMC-yə məxsusdur. 2019-cu ildə şirkətin 76.5%-i "Tashir Kapital"a, o da Samvel Karapetyanın "Tashir" holdinqinə məxsusdur. Sirkin rekonstruksiyası 2014-cü ildə tamamlanmalı idi, amma bina hələ də istifadəyə verilməyib.

Samvel Karapetyan 18 iyun 2025-ci ildə hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı ilə həbs edilib. Ardınca onun bizneslərinə qarşı yoxlamalar başlayıb, bir neçə "Tashir Pizza" bağlanıb və "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi prosesi işə salınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar