Ru
22:34 / 11 İyul 2025

Qərbdən yaxşı xəbərlər almışıq - Zelenski

Qərbdən yaxşı xəbərlər almışıq - Zelenski
Eye

Ukrayna öz ərazisində silah tədarükü və istehsalını artırmaq üçün tərəfdaşlarla işləyir.

Bakupost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Artıq yaxşı razılaşmalar var. Biz daha çox razılaşmalar gözləyirik, yaxın həftələrdə bunun üçün çalışacağıq. Hər bir razılaşmanı mümkün qədər tez həyata keçirmək vacibdir ki, həqiqətən də daha çox qüvvə, daha çox resurs, daha çox hava hücumundan müdafiə sistemi olduğu hiss edilsin. Bu, əsas prioritetdir", - o, axşam videomüraciətində deyib.

Prezident əlavə edib ki, Ukrayna Avropa müttəfiqlərindən və Amerika Birləşmiş Ştatlarından “yaxşı siqnallar” alıb və silah tədarükü artıq bərpa olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar