Ermənistan İstintaq Komitəsi müqaviləli hərbi qulluqçu tərəfindən dövlətə xəyanət hallarının müəyyən edilməsi barədə məlumat yayıb.
Bakupost.az xəbər verir ki, bu barədə news.am Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən bildirib.
Məlumata görə, 2024-cü il iyunun 26-da başlanmış cinayət işi üzrə ibtidai istintaq zamanı 43 yaşlı İrəvan sakininin casusluq yolu ilə dövlətə xəyanət etməsi və dövlət sirrini ehtiva edən məlumatı xarici kəşfiyyat xidmətlərinin nümayəndəsinə ötürməsi barədə faktiki sübutlar əldə edilib.
Zaur
BakuPost