Ru
13:17 / 25 Mart 2023

Ermənistandan şok qərar: Putin bu ölkəyə gəlsə həbs ediləcək

Ermənistandan şok qərar: Putin bu ölkəyə gəlsə həbs ediləcək
Eye

Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsi ilə bağlı qərarını tanıyıb.

Bakupost.az CNNTürk-ə istinadən xəbər verir ki, Ermənistan Konstitusiya Beynəlxalq Cinayət Məhkəməsinin öhdəliklərinin onun milli konstitusiyasına uyğun olması barədə qərar verib.

Beləliklə, Ermənistan məhkəməsinin qərarına əsasən, Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova Ermənistan ərazisinə ayaq basarsa, qanuni olaraq həbs edilməlidir.

Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi 16 mindən çox ukraynalı uşağın Rusiyaya məcburi deportasiyasına görə Putin və Mariya Lvova-Belovanın həbsinə order verib.

Əfsanə
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar