Ru
14:42 / 03 Sentyabr 2024

Evlilik ildönümündə boğazı kəsilərək öldürüldü - Dəhşətli hadisə

Evlilik ildönümündə boğazı kəsilərək öldürüldü - Dəhşətli hadisə
Eye

Türkiyədə Əskişəhər şəhərində qan donduran hadisə baş verib.

Bakupost.az xəbər verir ki, Odunpazarı səmtində vətəndaşlar arxa şüşəsi sınmış şübhəli avtomobil görüblər.

Avtomobilə yaxınlaşan şəxslər arxa oturacaqda hərəkətsiz vəziyyətdə qalan qadını görüb və polisə bildiriblər.

Bölgəyə 112 Təcili Yardım və polis qrupları sövq edilib.

Tuğba Koç olduğu müəyyən edilən qadının cansız bədəni yarılma üçün tibb bacısı işlədiyi Əskişəhər Şəhər Xəstəxanasının meyitxanasına aparılıb.

Koçun keçən il evləndiyi və cəsədinin evliliyinin birinci ildönümündə tapıldığı müəyyən olub.

Qadının ölüm səbəbinin müəyyən edilməsi üçün polisin başlatdığı araşdırma davam edir.




Elnur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar