Ru
21:02 / 27 Sentyabr 2026

Əvvəl toyuq yaranıb, yoxsa yumurta? - Əbədi suala CAVAB

Əvvəl toyuq yaranıb, yoxsa yumurta? -  Əbədi suala CAVAB
Eye

Əsrlər boyu “əvvəl toyuq yaranıb, yoxsa yumurta?” sualı filosofları, alimləri və mübahisə etməyi sevən insanları düşündürüb.

"Bakupost" xarici mediaya istinadən xəbər verir ki, qədim yunan mütəfəkkirləri, o cümlədən Aristotel bunu həlli mümkün olmayan paradoks hesab edirdilər: cücələr yumurtadan çıxır, yumurtaları isə toyuqlar qoyur. Beləliklə, məntiq dairəvi şəkildə davam edir və klassik bir paradoks yaranır.

Ancaq paleontoloji məlumatlar göstərir ki, yumurta qoyan heyvanlar təxminən 540 milyon il əvvəl mövcud olub.

Həmin dövrdə yumurta qoymaq qabiliyyətinə malik canlılar artıq yaşayırdı. Bu isə ümumilikdə quşların, xüsusilə də toyuqların yaranmasından çox əvvəl baş verib.

Hər şeyi dəyişən təkamül prosesi

Bu sirrin açarı növlərin təkamül mexanizmlərində gizlənir.

Ev toyuğu (Gallus gallus domesticus) min illərlə davam edən tədrici dəyişikliklərin nəticəsidir. Onun əcdadı hesab olunan bankiv cəngəllik toyuğu bu gün də Cənub-Şərqi Asiyanın meşələrində yaşayır.

Toyuqların əhliləşdirilməsi prosesi təxminən 8 min il əvvəl başlayıb və hər yeni nəsil müəyyən genetik dəyişikliklər gətirib. Elə bir konkret an olmayıb ki, birdən-birə “ilk toyuq” meydana çıxsın.

Həlledici mərhələ o zaman baş verib ki, bu gün tanıdığımız toyuqlara hələ tam bənzəməyən iki quş yumurta əmələ gətirib. Həmin yumurtada təsadüfi gen kombinasiyası yaranıb və nəticədə ilk həqiqi toyuq dünyaya gəlib.

Beləliklə, ilk toyuğu yaradan genetik xüsusiyyətləri daşıyan yumurta, həmin yumurtadan çıxan toyuqdan daha əvvəl mövcud olub.

“Yumurta prinsipi” — yəni yeni həyatın inkişaf etdiyi qoruyucu struktur — müasir yumurta qoyan heyvanların yaranmasından çox əvvəl mövcud olub.

Buna görə də “əvvəl toyuq yaranıb, yoxsa yumurta?” sualına elm sadə və birmənalı cavab verir: əvvəl yumurta yaranıb.

Yumurta toyuğun “ixtirası” deyil. O, həyatın çox qədim təkamül tarixindən gələn bioloji mexanizmdir.(lent.az)

Şərhlər
  • ?əhram pur yox, gur

    Biz adamlar özümüzü ən dərrakəli və şüurlu SAYMAQLA daha uzaq-qaranlıq yaranış-quruculuq tarixi çevrilmələri dəqiq deyil, gerçəyə yaxın gümanımızın ETİRAFı əvəzinə, önCƏ maddi VARlıq kimi Yumurtanın 1-inci, balası toYUQun 2-nci olduğunu, əslində ÖZƏL txminimizin daha ÜSTÜN dəqiq-dürüst olduğunu təsdiqləməyə çalışırıq? Yaxşı ki, neçə əsrlər öncə *tarixsiz* yazılı qeydlər olsa da,təriqət qaydaları kitablarına elə əsrlər sonra uydurma-yozma karta-xəritələri silib-istisna etsək, cəmiyyətlərin coğrafi yerləşməsi təkamül nəzəriyyəsinə görə də demək olar ki, xüsusən canlılar hər qruplaşma-cəmiyyət özlərinə məxsus yer-yuva və uyğun mühitlərində məskunlaşıb, çalışmaqdadırlar. Artıq, çoxdan hər cəmiyyətin hər hansı razılıqlı münasibətlər üçün öz Konvension qeydiyyatlı qəti-dəqiq və razılıqsız keçilməz hüdud-sərhədləri də var!?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar