Ru
23:12 / 07 Fevral 2022

“Facebook” və “Instagram” xidmətlərini bu ölkələrdə dayandıra bilər

754
“Meta” şirkəti Avropa İttifaqı ölkələrində “Facebook” və “Instagram” sosial şəbəkələrinin dayandırılması variantlarını nəzərdən keçirir.

Bakupost.az xəbər verir ki, bu barədə şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi hesabatda bildirilib.

Aİ-nin yeni qanunu Avropa ölkələrinin vətəndaşlarından istifadəçi məlumatlarını toplayan şirkətlərdən bu məlumatları Avropa serverlərində saxlamağı və işləməyi tələb edir. Bununla belə, “Facebook” və “Instagram” məlumatları ABŞ-da yerləşən serverlərdə də göndərir.

Sosial medianın ana şirkəti “Meta” ehtimal verir ki, yeni qaydalara əməl etməyəcəyi təqdirdə xidmətlərini Avropada təqdim etməyi dayandırmaq məcburiyyətində qalacaq.

“Meta Platforms”un qlobal məsələlər və kommunikasiyalar üzrə vitse-prezidenti Nik Kleq iddia edir ki, bu, Aİ-də şirkət tərəfindən təqdim olunan xidmətlərə və reklamlara arxalanan bir çox biznesə zərər verəcək.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər