Ru
15:12 / 15 Sentyabr 2026

Naxçıvanda işçilərin 16 saat işlədilməsi ilə bağlı araşdırma başlanıldı - RƏSMİ

Naxçıvanda işçilərin 16 saat işlədilməsi ilə bağlı araşdırma başlanıldı - RƏSMİ
Eye

Naxçıvanda fəaliyyət göstərən “Nati” Biskvit və Şokolad Fabrikinin yüzlərlə əməkdaşı ağır iş şəraitindən şikayətçidirlər. Onlar “Gündəlik Naxçıvan”a bildiriblər ki, fabrikdə gündə 12-14, bəzi hallarda isə 16 saata qədər işləyirlər. İşçilər şənbə günləri də çalışdıqlarını, uzun iş saatları ilə yanaşı, əməkhaqlarının çox aşağı olduğunu bildirirlər.

Əməkdaşlar, həmçinin bu şərtlərə etiraz edən bəzi şəxslərin işdən çıxarıldığını və buna görə də digər işçilərin işlərini itirmək qorxusundan şikayət etməkdən çəkindiklərini iddia edirlər.

İşçilərdən biri yazır: “Əmək Müfəttişliyi niyə bu fabrikə nəzarət etmir, onu da anlamırıq. Ora şikayət edəndə fabrik şikayət edən işçinin kim olduğunu tapır və onu işdən çıxarır. Ona görə də insanlar şikayət etməyə qorxurlar. Fabrikdə təxminən 100–150 işçi çalışır. Fabrik “Ləzzət” şirkətinə daxildir. Mən digər “Ləzzət” şöbələrində vəziyyətin necə olduğunu bilmirəm, ancaq işlədiyimiz şokolad və biskvit fabrikində vəziyyət belədir. İstəyirik məsələ ictimailəşsin, bəlkə məsul şəxslər insafa gəlib bu vəziyyəti dəyişərlər”

Onlar aidiyyəti qurumlardan fabrikdə iş saatlarının, əməkhaqlarının və ümumi əmək şəraitinin yoxlanılmasını istəyirlər.

İddialarla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Bakupost”un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən fabrik əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə hər hansı müraciət daxil olmayıb.

Qeyd olunub ki, bununla belə, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı iddialar araşdırmaya götürülüb.

“Araşdırmanın nəticəsi barədə operativ əlavə məlumat veriləcək”.

Lalə Novruz, BakuPost

Şərhlər
  • Dəxi

    *Çün oldun Dəyirmançı, çağır gəlsin Dən-Koroğlu!?* Sorğusuz-sualsız, referendumsuz bütöv hər şeyə Üst-məramlı Özəlləşdirmənin ümumxalq-Dövlət mülkiyyətinə ortaq-sahib vətəndaşlar həmin əski iqyisadiyyatın silinib-süpürülməsi ilə daha yüksək qazanclı, sosial rifahlı möhtəşəm özəl-kapitalist ilk təzahürü iş də taparsan? razılaş ki, 12-16 saatlıq məşğuliyyətə *işə-geri yol pulu və tam bir qarın yemək, ya pulunu* ödəyirlər ki, o növbəti günlər də işə gələ biləsən? Hasant bang işi dəyil ki, öz istədiyin kimi pul çap edəsən?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar