Ru
19:22 / 30 Avqust 2024

Fariz İsmayılzadənin Lənkəranda seçicilərlə izdihamlı görüşü – FOTO

Fariz İsmayılzadənin Lənkəranda seçicilərlə izdihamlı görüşü  – FOTO
Eye

Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd olan Fariz İsmayılzadə Lənkəran rayonunda seçicilərlə görüşlərinə davam edir.

Bakupost.az xəbər verir ki, bu gün deputatlığa namizədin Lənkəran şəhərində seçicilərlə izdihamlı görüşü baş tutub.

Lənkəran Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunan görüşə yüzlərlə seçici qatılıb. Görüş zamanı Fariz İsmayılzadə seçicilərə öz seçki platforması və gələcək hədəfləri, deputat seçiləcəyi təqdirdə görəcəyi işlər haqda məlumat verib.

Çıxış edən seçicilər də Fariz İsmayılzadəyə səs verəcəklərini bildiriblər.




Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar