Ru
12:12 / 02 Aprel 2024

Finlandiyada məktəbə silahlı hücum - Yaralananlar var

Finlandiyada məktəbə silahlı hücum - Yaralananlar var
Eye

Finlandiyanın Vantaa şəhərində ibtidai məktəbə silahlı hücum olub və 3 uşaq yaralanıb.

Bakupost.az xəbər verir ki, Finlandiya polisi bu gün səhər saatlarında Vantaa şəhərində ibtidai məktəbə silahlı hücum olduğunu açıqlayıb.

Polis hücumda yaralananların olduğunu və şübhəlinin tutulduğunu açıqlayıb.

Hücum birinci sinifdən doqquzuncu siniflərə qədər təxminən 800 şagirdin təhsil aldığı Vantaadakı Viertola məktəbində baş verib.

Viertola məktəbinin direktoru Sari Laasila Reuters-ə deyib və hadisə ilə bağlı əlavə şərh verməyib: "Birbaşa təhlükə arxada qalıb".


Elnur
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar