Avropa Komissiyasının sədri Ursula fon der Leyen 1 iyul tarixində Azərbaycanda səfərdə olacaq. Eyni zamanda, AK sədri həmin gün Ermənistana da gedəcək.
Siyasi şərhçi, professor Əlimusa İbrahimov
Bakupost.az-a bildirib ki, bu səfər Ursula fon der Leyenin 2022-ci ilin iyulundan bəri Azərbaycana ilk səfəri olacaq.
Ekspert hesab edir ki, Leyenin səfəri Aİ-Azərbaycan münasibətlərini daha yüksək strateji səviyyəyə qaldıracağını hədəflədiyi üçün Avropa siyasi xadimlərinin bu vaxta qədər ölkəmizə etdiyi səfərlərdən əhəmiyyətli dərəcədə fərqlənəcək:
“Çünki Avropa ittifaqı ilə Azərbaycan arasında müzakirə olunacaq məsələlər yetərincədir. Rregionda, həm də dünyada son dövrlər baş verən ciddi hadisələr münasibətlərin axarını daha müsbət istiqamətə döndərməyin vacibliyini diqtə edir”.
Bu səfər həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın kritik enerji və tranzit tərəfdaşı kimi rolunu daha da möhkəmləndirəcək:
“Habelə, yeni Aİ investisiyaları və texniki əməkdaşlıq üçün imkanlar açacaq. Eyni zamanda, Aİ-nin Cənubi Qafqazdakı geosiyasi mövcudluğunu artıracaq. Bununla belə, münasibətlər praqmatik və maraqlara əsaslanan xarakterini qoruyacaq. Aİ enerji təhlükəsizliyi və marşrutların şaxələndirilməsinə üstünlük verməyə davam edəcək. Buna görə də, səfər konkret əməkdaşlıq nəticələri verəcək”.
Rüfət Sultan, BakuPost
Bəyəm. tam-bütöv ölkənin illərlə dəyişə, bərpa edə bilmədiyinə Avropa Komissarı dəstək verə bilər? Hər hansı qarşılıqlı səmərəli münasibətə uğurlar! Ancaq, hüquqi təşkilatlar Azərbaycanı ilkən 28 May 1918ci il tarixdə daha böyük ərazisi ilə qəbul edilmiş ADRjın (SSRİnin buraxılması ilə 1992ci ildən!) hüquqi varisi kimi qeydə alıb, qəbul etməlidirlər! Digər tərs münasibətlər, bəzi saxtakar-yozma tarixi hadisələr kimi sanki, erməni-daşnaq çevrilişinə rəsmi Türkiyə və ya Azərbaycan dövlətindən üstün münasibət olmurmu?